“Arsenal”ın futbolçusu Məsut Özil London klubundakı gələcəyi ilə bağlı qərarını verib.
Sportfan.az Ingiltərə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi müqaviləsi 2021-ci ilin yayında başa çatdıqdan sonra Premyer Liqa təmsilçisini tərk edəcək. Onun bu qərarını dostlarına bildirdiyi vurğulanıb.
Özilin karyerasını Türkiyə və ya ABŞ-da davam etdirməyi nəzərdən keçirdiyi iddia olunub.
Qeyd edək ki, Özil bu mövsüm 23 matçda 1 qol vurub, 3 qolun ötürməsni verib