“Arsenal”da yeni müqaviləbackend

“Arsenal” futbolçusu Konstantinos Mavropanosla yeni müqavilə imzalayıb.

Sportfan.az İngiltərə mətbuatına  istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb. Onun 2020/21 mövsümünü icarə əsasında “Ştutqart”da keçirəcəyi bildirilib.

Qeyd edək ki, K.Mavropanos 2019/2020 mövsümünün ikinci yarısını icarə əsasında “Nürnberq”də keçirib.