“Arsenal”da yeni qapıçı – Rəsmibackend

“Arsenal” “Dijon”un qapıçısı Runar Aleks Runarssonu transfer edib.

Sportfan.az klubun saytına istinadən xəbər verir ki, islandiyalı qolkiperlə 4 illik müqavilə imzalanıb. O, yeni klubunda 13 nömrəli forma geyinəcək.

Qeyd edək ki, 25 yaşlı Runarsson ötən mövsüm Fransa klubunun heyətində 13 matçda meydana çıxıb.