“Arsenal”dan 45 milyon avroluq təklif – 17 yaşlı futbolçu üçünbackend

“Arsenal” “Sportinq”in yarımmüdafiəçisi Joelson Fernandeşə elçi düşüb.

Sportfan.az xəbər verir ki, London klubunun baş məşqçisi Mikel Arteta gənc oyunçunu ixtiyarında görmək istəyir.

“Topçular” hücumameyilli futbolçunun keçidi ilə bağlı qarşı tərəflə danışıqlara başlayıb. Premyer Liqa klubu 17 yaşlı Fernaneşin transferinə 45 milyon avro ödəməyə hazırdır. Ancaq “Barselona” və “Yuventus” da Portuqaliyanın aşağı yaş qrupu üzrə yığmasının üzvü ilə maraqlanırlar.