Arturo Vidal “İnter” keçməyə yaxındır- tibbi müayinədən keçəcəkbackend

“Barselona”dan ayrılmağa yaxın olan Arturo Vidal “İnter”lə müqavilə imzalamağa hazırlaşır.

Sportfan.az İtaliya mətbuatına istinadən xəbə verir ki, klub nümayəndələri 33 yaşlı oyunçu ilə müqavilənin detalları barədə  razılığa gəlmək üçün görüşəcəklər. Çilili yarımmüdafiəçinin 14 sentyabrda tibbi müayinədən keçməyə görə Milana gələcəyi gözlənilir.

Bundan əvvəl “İnter”in Vidalla illik 6 milyon avro maaş + bonuslar daxil olmaqla 2 illik müqavilə bağlayacağı bildirilmişdi.

Xatırladaq ki, A.Vidal “Barselona”nın yeni baş məşqçisi Ronald Kumanın onu növbəti mövsüm komandanın heyətində görmək istəmədiyi üçün Kataloniya klubu ilə müqaviləsinə xitam vermək niyyətindədir.