“Aston Villa”dan “Arsenal”a- RƏSMİbackend

İngiltərənin “Aston Villa” klubu “Arsenal”ın qapıçısı Emiliano Martinesi transfer edib.

Sportfan.az klubun saytına istinadən xəbər verir ki, argentinalı qapıçı ilə 4 illik müqavilə imzalanıb. Birmingem təmsilçisi bu keçid üçün “Arsenal”a 20 milyon funt-sterlinq ödəyib.

Qeyd edək ki, 28 yaşlı qapıçı 2010-cu ildə 1,5 milyon avro qarşılığında Argentinanın “İndependyente” klubundan London təmsilçisinin akademiyasına keçib.