“Atalanta” növbəti qələbəsini qazandıbackend

İtaliya çempionatının 35-ci turunun matçında “Atalanta” “Bolonya”ya 1:0 hesabı ilə qalib gəlib.

Sportfan.az xəbər verir ki, görüş Berqamoda “Atleti Adzurri” stadionunda olub.

Matçda yeganə qol ikinci hissənin ortalarında vurulub – 62-ci dəqiqədə Luis Murel fərqlənib.

“Atalanta” 74 xal yığaraq İtaliya milli çempionatının yarış cədvəlində ikinci yerə yüksəlib. “Bolonya” 43 xalla onuncu yerdə qərarlaşıb.

Yarışın lideri Turin “Yuventus”udur. Komandanın 80 xalı var.

“Atalanta” növbəti turda səfərdə “Milan”la qarşılaşacaq. “Bolonya” evdə “Leççe” ilə oynayacaq. Matçlar 24 iyulda keçiriləcək.