“Atalanta” PSJ-yə qarşı- Çempionlar Liqasıbackend

Çempionlar Liqasının Portuqaliyada keçiriləcək final mərhələsi həyəcanı start götürür.

Sportfan.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin ilk oyunu baş tutacaq.

Bir matçdan ibarət olacaq 1/4 finalın ilk duelində “Atalanta” ilə PSJ üz-üzə gələcək. İtaliyanın ÇL-dəki yeganə təmsilçisi olan “Atalanta” bu dəfə fransızlara sensasiya yaşatmaq niyyətindədir. Lakin turnirin favoritləri sırasında göstərilən PSJ də buna imkan vermək istəmir.

Lissabondakı matçı ingiltərəli hakim Entoni Teylor idarə edəcək.

Çempionlar Liqası
1/4 final
12 avqust
23:00. “Atalanta” (İtaliya) – PSJ (Fransa)
Baş hakim:
 Entoni Teylor (İngiltərə)
Lissabon. “Da Luş” stadionu