“Atletiko”nun futbolçusu Azərbaycanla oyunda olmaycaqbackend

Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Monteneqro yığması ciddi itki ilə üzləşib.

Sportfan.az xəbər verir ki, İspaniya “Atletiko”sunda çıxış edən Stefan Saviç cəzalı duruma düşüb.

O, C liqasının 1-ci qrupunun ilk iki turunda Kipr (2:0) və Lüksemburqla (1:0) matçlarda sarı vərəqə alıb. 29 yaşlı müdafiəçi III turun Azərbaycanla matçını buraxacaq.

Qeyd edək ki, Monteneqro – Azərbaycan oyunu oktyabrın 10-da keçiriləcək.