“Atletiko”nun futbolçusu karyerasını Bundesliqada davam etdirəcəkbackend

İspaniyanın “Atletiko” klubunun futbolçusu Santyaqo Arias karyerasını Almaniyada davam etdirəcək.

Sportfan.az xəbər verir ki, kolumbiyalı müdafiəçi “Bayer”ə keçir.

Cənubi amerikalı artıq Leverkuzen təmsilçisi ilə anlaşıb. Klublar arasında danışıqlar isə yaxın günlərdə yekunlaşacaq.

Qeyd edək ki, Arias ötən mövsümdə La Liqada 14 oyun keçirib.