“Atletiko”nun iki futbolçusu koronavirusa yoluxdubackend

“Atletiko”nun iki futbolçusu koronavirusa yoluxub.

Sportfan.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Virus aşkarlanan futbolçuların adları açıqlanmayıb.

Paytaxt təmsilçisinin Çempionlar Liqasının Portuqaliyadakı “8-lər finalı”na yollanmazdan öncə verdiyi testlərdən sonra yoluxma aşkarlanıb. Həmin  futbolçular Lissabona aparılmayıb.

Qeyd edək ki, “Atletiko” avqustun 13-də 1/4 finalda Almaniya təmsilçisi “Leypsiq”lə üz-üzə gələcək.