“Atletiko”ya keçəcəyi dəqiqləşdi – Luis Suaresinbackend

İspaniyanın “Barselona” klubu hücumçusu Luis Suareslə yollarını ayırmağa müvəffəq olub.

Sportfan.az xəbər verir ki, Uruqvay millisinin forvardı qarşılıqlı razılıqla müqavilənin ləğvinə müsbət cavab verib.

Bunun müqabilində rəhbərlik son bir illik maaşın müəyyən hissəsini təzminat kimi ödəyəcək. 33 yaşlı futbolçu karyerasını yenə İspaniyada davam etdirəcək. Çünki Suares “Atletiko” ilə razılığa gəlib. Forvard azad agent statusuna yiyələndikdən dərhal sonra Madrid təmsilçisi ilə rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Luis Suares “Barselona”ya 2014-cü ildə “Liverpul”dan keçib.