AVRO-2020: Ispaniya millisinin heyəti açıqlandıbackend

İspaniya millisinin Avro-2020 üçün ilkin heyəti açıqlanıb.

Sportfan.az  xəbər verir ki, baş məşqçisi Luis Enrike 24 futbolçuya dəvət göndərib.

Real Madrid-dən heç bir oyunçu yığmaya çağırılmayıb. Millinin və Real Madrid-in kapitanı Serxio Ramos isə zədə səbəbindən millinin toplanışına qoşula bilməyəcək.

Qapıçılar: David de Xea (Manchester United, İngiltərə), Unay Simon (Athletic Bilbao), Robert Sançes (Brighton, İngiltərə)

Müdafiəçilər: Xose Qaya (Valencia), Jordi Alba (Barcelona), Pau Torres (Villarreal), Emerik Laport, Erik Qarsiya (hər ikisi Manchester City, İngiltərə), Dieqo Lyorente (Villarreal), Sesar Azplikueta (Chelsea, İngiltərə), Markos Llorente (Atletico Madrid)

Yarımmüdafiəçilər: Serxio Buskets, Pedri (hər ikisi Barcelona), Rodri (Manchester City), Tiaqo Alkantara (Liverpool, İngiltərə), Koke (Atletico Madrid), Fabian Ruiz (Napoli, İtaliya)

Hücumçular: Dani Olmo (Leipzig, Almaniya), Mikel Oyarsabal (Real Sociedad), Alvaro Morata (Juventus, İtaliya), Jerar Moreno (Villarreal), Ferran Torres (Manchester City), Adama Traore (Wolverhampton, İngiltərə), Pablo Sarabiya (PSG, Fransa).

Qeyd edək ki, İspaniya millisi İsveç, Polşa və Slovakiya yığmaları ilə birlikdə E qrupunda yer alıb.