AVRO-2020: İsveç millisində koronavirus şokubackend

İsveç millisinin futbolçusu Deyan Kuluşevskinin koronavirus testi müsbət nəticə verib.

Sportfan.az  xəbər verir ki, bu barədə komandanın həkimi bildirib. O, 21 yaşlı yarımmüdafiəçinin təcrid olunduğunu diqqətə çatdırıb.

İtaliya Juventus-undan dəvət almış oyunçu Avropa çempionatında yığmanın ən azı bir matçını buraxmalı olacaq. İlk turda İsveç İspaniya ilə üz-üzə gələcək.

E qrupunun qarşılaşması iyunun 14-də olacaq.