Avropa Liqasında 2019/20 mövsümünün ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
Sportfan.az UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər arasında “Mançester Yunayted”dən Bruno Fernandeş, “İnter”dən Romelu Lukaku və “Sevilya”dan Ever Baneqa yer alıb.
Baneqa geridə qalan mövsüm komandası ilə Avropa Liqasında 7 matça çıxaraq, 4 qolun ötürməsini verib və turnirin qalibi olub. “Qırmızı şeytanlar”ın heyətində 10 oyuna çıxan Bruno Fernandeşin aktivində 8 qol və 4 qol ötürməsi var. Romelu Lukaku isə İtaliya təmsilçisi ilə 6 oyunda 7 qol vurub və 2 qolun ötürməsini verib.
Qeyd edək ki, “Sevilya” finalda “İnter” üzərində 3:2 hesablı qələbə qazanmaqla tarixində 6-cı dəfə bu turnirin qalibi olub.