Avropa Liqası: Bir oyun təxirə düşdü, digərində “Zeta” qalib gəldibackend

Avropa Liqasında 2020/21 mövsümü start götürüb.

Sportfan.az xəbərverir ki, bu gün ilkin mərhələnin ilk 2 oyunu keçilməli olsa da, biri baş tutmayıb.

“Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo) qarşılaşması qonaq komandanın 8 futbolçusunun koronavirusa yoluxması səbəbindən təxirə salınıb.

“Enqordan”la “Zeta” arasında təşkil olunan görüşdə isə monteneqrolular qələbəyə seviniblər. Səfərdə qalib gələn “Zeta” I təsnifat mərhələsində Lüksemburqun “Proqress” klubuna rəqib olub.

Avropa Liqası
İlkin mərhələ
18 avqust

20:00. “Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo) – təxirə salınıb
22:00. “Enqordan” (Andorra) – “Zeta” (Monteneqro) – 1:3

Qomes, 90+4 (pen.) – Vukçeviç, 45+1, Lambuliç, 54, 63