Avropa Liqası: İlkin mərhələdə daha 6 oyun – YENİLƏNİRbackend

Avropa Liqasında 2020/21 mövsümünün ilkin mərhələsi davam edir.

Sportfan.az xəbər verir ki, bu gün daha 6 oyun keçiriləcək.

İlkin mərhələdə əsasən UEFA reytinqi aşağı olan cırtdan ölkələrin komandaları mübarizə aparırlar. UEFA-nın qərarına əsasən, mərhələlər bir matçdan ibarət olduğundan, cütlüklərdə qələbə qazanan komandalar I təsnifat mərhələsinə vəsiqə əldə edəcəklər. Məğlub olanlar üçün isə avrokubok mövsümü başa çatacaq.

Qeyd edək ki, bu mərhələnin “Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo) qarşılaşması ikincilərin futbolçularında koronavirus infeksiyasına yoluxma aşkarlandığı üçün avqustun 22-nə təxirə salınıb.

Avropa Liqası
İlkin mərhələ
20 avqust

19:30. “Cent Cozefs” (Cəbəllütariq) – B-36 (Farer adaları)
21:00. “Runavik” (Farer adaları) – “Barri Taun” (Uels)
21:30. “Santa Koloma” (Andorra) – “İskra” (Monteneqro)
22:00. “Qlentoran” (Şimali İrlandiya) – “Torshavn” (Farer adaları)
22:30. “Kolreyn” (Şimali İrlandiya) – “La Fiorita” (San-Marino)
23:00. “Tre Penne” (San-Marino) – “Qjilani” (Kosovo)