Avropa Liqasında 1/4 və 1/2 final mərhələlərinin püşkatması keçiriləcəkbackend

Bu gün Avropa Liqasının 2019/20 mövsümünün Almaniyada təşkil olunacaq final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportfan.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə bir oyundan ibarət olacaq 1/4 və 1/2 final mərhələlərinin püşkatmasının gerçəkləşək.

Mərasimdə finalın nominal meydan sahibi də bilinəcək. Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Koronavirus pandemiyası üzündən Avropa Liqasının 1/8 final mərhələsi martda yarımçıq dayandırıldığından püşkatmada 8 cüt iştirak edəcək. Qonşu Türkiyənin təmsilçisi “Başakşəhər” də mümkün rəqiblərini tanıyacaq.

“Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka) cütünün qalibi
“Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə) cütünün qalibi
“Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya) cütünün qalibi
“Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna) cütünün qalibi
“İnter” (İtaliya) – “Xetafe” (İspaniya) cütünün qalibi
“Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütünün qalibi
“Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) cütünün qalibi
LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları avqustun 5-6-da, Almaniyanın Köln, Duysburq, Düsseldorf və Helzenkirhen şəhərlərində baş tutacaq 1/4 final oyunları 10-11-də, 1/2 final 16-17-də, final 21-də keçiriləcək.