Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Sportfan.az xəbər verir ki, ikinci oyun günündə dörd matç keçirilib. “Bayer” “Reyncers”i, “Sevilya” “Roma”nı, “Bazel” “Ayntraxt”ı, “Vulverhempton” isə “Olimpiakos”u məğlub edərək 1/4 finala yüksəlib.
Qeyd edək ki, dünən “Şaxtyor”, “Kopenhagen”, “İnter” və “Mançester Yunayted” 1/4 finala vəsiqə qazanmışdı.
6 avqust
1/8 final mərhələsi, cavab oyunları
20:55. “Bayer” (Almaniya) – “Reyncers” (Şotlandiya) – 1:0
Qol: Diabi, 51
İlk oyun – 3:1
20:55. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) – 2:0
Qollar: Requilon, 22, En-Nesiri, 44
İlk oyun keçirilməyib
23:00. “Bazel” (İsveçrə) – “Ayntraxt” (Frankfurt, Almaniya) – 1:0
Qol: Frey, 88
İlk oyun – 3:0
23:00. “Vulverhempton” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) – 1:0
Qol: Ximenes, 8-pen
İlk oyun – 1:1