Avropa Liqasında püşk atıldıbackend

Bu gün Avropa Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib.

Sportfan.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə ilkin mərhələnin cütləri müəyyənləşib.

Azərbaycan klublarının azad olduğu mərhələdə aşağı reytinqli ölkələrin 16 komandası 8 cüt təşkil edib. Bir oyundan ibarət ilkin mərhələnin matçları avqustun 20-də baş tutacaq.

Qeyd edək ki, sabah I təsnifat mərhələsinin püşkü atılacaq, Azərbaycan klubları “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın rəqibləri bəlli olacaq.

Avropa Liqası
2020/21 mövsümü
İlkin mərhələ

“Tre Penne” (San-Marino) – “Qjilani” (Kosovo)
“Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo)
“Santa Koloma” (Andorra) – “İskra” (Monteneqro)
“Enqordan” (Andorra) – “Zeta” (Monteneqro)
“Qlentoran” (Şimali İrlandiya) – “Torshavn” (Farer adaları)
“Cent Cozefs” (Cəbəllütariq) – B-36 (Farer adaları)
“Kolreyn” (Şimali İrlandiya) – “La Fiorita” (San-Marino)
“Runavik” (Farer adaları) – “Barri Taun” (Uels)