Avropa Liqasında yeni mövsüm start götürür – YENİLƏNİRbackend

Avropa Liqasında 2020/21 mövsümü start götürür.

Sportfan.az xəbər verir ki, bu gün ilkin mərhələnin ilk 2 oyunu keçiriləcək.

Cəbəllütariq və Andorrada baş tutacaq matçlardan sonra I təsnifat mərhələsinə adlayacaq 2 komandanın adına aydınlıq gələcək.

“Linkoln” – “Priştina” cütünün qalibi növbəti mərhələdə “Union”a (Lüksemburq), “Enqordan”la “Zeta” arasında keçiriləcək matçdan üstün ayrılan tərəf isə Lüksemburqun digər təmsilçisi “Proqress”ə rəqib olacaq.

Avropa Liqası
İlkin mərhələ
18 avqust

20:00. “Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo)
22:00. “Enqordan” (Andorra) – “Zeta” (Monteneqro)