Avropa Liqasının oyununa təyinat aldı- Frits Ştuxlikbackend

AFFA-nın Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Ştuxlik növbəti təyinat alıb.

Sportfan.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, avstriyalı mütəxəssis UEFA Avropa Liqasında II təsnifat mərhələsinin “Astana” (Qazaxıstan) –  “Budoçnost” (Monteneqro) oyununun hakim-inspektoru olacaq.

Görüş sentyabrın 17-də Almatı şəhərindəki Mərkəzi stadionda keçiriləcək.