Avropa Liqasının qalibi müəyyənləşdibackend

Bu gün Avropa Liqasında final oyunu keçirilib.

Sportfan.az xəbər verir ki, həlledici matçda İspaniya Villarreal-ı İngiltərənin Manchester United klubu ilə üz-üzə gəlib.

Polşanın Qdansk şəhərində keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qol olmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Hər iki komandanın heyətində bütün 11 futbolçu penaltini yerinə yetirib. Yalnız Manchester United-in qapıçısı David De Xea bu imkandan yararlana bilməyib. Həmkarı Jeronimo Rulli onun zərbəsini dəf edib. Beləliklə, penaltilərdə 11:10 hesabı ilə qalib gələn Villarreal tarixində ilk dəfə Avroliqanın qalibi olub.

Avropa Liqası, final

23:00. Villarreal (İspaniya) – Manchester United (İngiltərə) – 1:1 (Penaltilər – 11:10)

Moreno, 29 (1:0), Kavani, 55 (1:1)