Avropa rekorduna yaxınlaşdı- Serxio Ramosbackend

Serxio Ramos İspaniya millisinin heyətində 172-ci oyununa çıxıb.

Sportfan.az xəbər verir ki, 34 yaşlı müdafiəçi Avropa rekorduna bir addım da yaxınlaşıb.

Ramos Millətlər Liqasının II turunda Ukrayna ilə qarşılaşmada start heyətində meydana daxil olub. Yığmada ən çox oyun keçirmə sayına görə, “Real”ın oyunçusu İspaniyada 1-ci, Avropada isə 2-ci pillədə qərarlaşır. Qitənin rekordu Ramosdan 4 matç artıq keçirən İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffona (176 oyun) məxsusdur.

Serxio milli karyerasını davam etdirənlər arasında isə Əhməd Mubarək (Oman – 179 oyun) və Bader əl-Mutvadan (Küveyt – 178 oyun) sonra üçüncü sıradadır. Dünya rekordu misirli Əhməd Hassanın əlindədir – 184 görüş.

Qeyd edək ki, İspaniya – Ukrayna matçının ilk hissəsində birincilər 3 cavabsız qol vurublar. Bu toplardan ilk ikisinə məhz Serxio Ramos imza atıb. Yığmada qollarının sayını 23-ə çatdıran müdafiəçi “buğalar”ın tarixinin ən məhsuldar ilk 10 oyunçusu sırasına qoşulub.