“Ayaks” transfer edə bilər- Luis Suaresibackend

“Barselona”nın hücumçusu Luis Suares bu yay komandanı tərk edə bilər.

Sportfan.az xəbər verir ki, uğursuz mövsümün ardından klub rəhbərliyi bir çox oyunçusunu satmaq istəyir ki, onlar arasında 33 yaşlı forvard da var.

Uruqvay millisinin üzvünün Niderlanda qayıtmaq ehtimalı yaranıb. Onunla sabiq klubu “Ayaks” yaxından maraqlanır. Həmçinin “İnter Mayami”nin də diqqət mərkəzində olan Suares sərfəli təklif müqabilində komandasını dəyişə bilər.

Qeyd edək ki, Luis Suares 2007-2011-ci illərdə “Ayaks”ın formasını geyinib.