Azarkeşlər futbol matçlarına buraxılacaq- Cənubi Koreyadabackend

Cənubi Koreyada azarkeşlərin beysbol və futbol matçlarına girişlərinə icazə veriləcək.

Sportfan.az xəbər verir ki  xarici mətbuata istinadən məlumatına görə, yerli hakimiyyət Beysbol Təşkilatı və Peşəkar Futbol Liqasına məhdud sayda azarkeşlərin oyunlarda iştirak etmələrinə icazə verib.

Fanatlar beysbol qarşılaşmalarına iyulun 26-dan, futbol matçlarına isə avqustun 1-dən tribunalarda baxa biləcəklər. Onlar ilk olaraq oturacaqların yalnız 10 faizindən istifadə edəcəklər.

Qeyd edək ki, Cənubi Koreyada beysbol və futbolda yeni mövsümə planlaşdırılandan bir ay sonra – mayda başlanılıb.