Azərbaycan irəlilədi – UEFA reytinqindəbackend

2020/21 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsinin və Avropa Liqasının ilkin mərhələsinin oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Sportfan.az xəbər verir ki, baş tutan 6 qarşılaşma cədvəldə bəzi mövqe dəyişikliklərinə səbəb olub.

“Qarabağ”ın Şimali Makedoniya klubu “Sileks” üzərində qələbəsi (4:0) Azərbaycanın reytinqinə də müsbət təsir göstərib. Cari mövsümdə 0,375, son 5 mövsümün nəticələrinə əsasən 14,750 xala malik Azərbaycan reytinqdə 2 pillə irəliləyərək, 24-cü yerə yüksəlib. Ölkəmizi Rumıniya, Norveç və Qazaxıstan yaxından izləyir. 23-cü yerdəki Bolqarıstandan 1,625 xal geri qalırıq.

Qeyd edək ki, siyahıda İspaniya 1-ci, İngiltərə 2-ci, İtaliya 3-cüdür.

yer Ölkələr 16/17 17/18 18/19 19/20 20/21 reytinq teams
1 İspaniya 20.142 19.714 19.571 18.642 2.285 80.354 7/ 7
2 İngiltərə 14.928 20.071 22.642 18.571 2.285 78.497 7/ 7
3 İtaliya 14.250 17.333 12.642 14.928 2.285 61.438 7/ 7
4 Almaniya 14.571 9.857 15.214 17.857 2.285 59.784 7/ 7
5 Fransa 14.416 11.500 10.583 11.500 2.000 49.999 6/ 6
6 Portuqaliya 8.083 9.666 10.900 10.300 0.800 39.749 5/ 5
7 Rusiya 9.200 12.600 7.583 4.666 1.333 35.382 6/ 6
8 Belçika 12.500 2.600 7.800 7.600 0.800 31.300 5/ 5
9 Niderland 9.100 2.900 8.600 9.400 0.000 30.000 5/ 5
10 Avstriya 7.375 9.750 6.200 5.800 0.000 29.125 5/ 5
11 Türkiyə 9.700 6.800 5.500 5.000 0.800 27.800 5/ 5
12 Ukrayna 5.500 8.000 5.600 7.200 0.800 27.100 5/ 5
13 Şotlandiya 4.375 4.000 6.750 9.750 0.375 25.250 4/ 4
14 Kipr 5.500 7.000 6.125 5.125 0.000 23.750 4/ 4
15 Danimarka 8.500 5.250 4.875 5.125 0.000 23.750 4/ 4
16 Serbiya 2.875 6.375 6.000 6.000 0.375 21.625 4/ 4
17 İsveçrə 4.300 6.500 3.900 6.400 0.000 21.100 4/ 4
18 Yunanıstan 5.800 5.100 5.100 4.900 0.000 20.900 5/ 5
19 Xorvatiya 5.125 5.125 5.750 4.375 0.000 20.375 5/ 5
20 Çexiya 5.500 5.500 6.500 2.500 0.000 20.000 5/ 5
21 İsveç 2.750 5.375 4.125 5.750 0.000 18.000 4/ 4
22 İsrail 6.750 5.625 2.625 2.375 0.000 17.375 4/ 4
23 Bolqarıstan 4.250 4.000 4.000 4.125 0.000 16.375 4/ 4
24 Azərbaycan 4.250 4.375 2.375 3.375 0.375 14.750 4/ 4
25 Qazaxıstan 2.750 4.250 4.250 3.375 0.125 14.750 4/ 4
26 Norveç 1.375 4.000 5.375 3.750 0.000 14.500 4/ 4
27 Rumıniya 3.300 2.900 2.375 5.875 0.000 14.450 4/ 4
28 Belarus 3.000 3.250 5.000 2.500 0.375 14.125 4/ 4
29 Slovakiya 2.125 1.875 5.125 3.000 0.000 12.125 4/ 4
30 Sloveniya 2.250 4.625 3.125 2.000 0.000 12.000 4/ 4
31 Polşa 3.875 2.875 2.250 2.125 0.375 11.500 4/ 4
32 Macarıstan 1.875 1.625 3.250 4.500 0.000 11.250 4/ 4
33 Lixtenşteyn 2.500 2.000 1.500 2.500 0.000 8.500 1/ 1
34 Lüksemburq 0.750 0.875 2.625 3.000 0.000 7.250 4/ 4
35 Litva 0.500 2.375 2.625 1.625 0.000 7.125 4/ 4
36 Şimali Makedoniya 1.250 3.125 1.000 0.500 0.125 6.000 4/ 4
37 Ermənistan 1.125 0.625 1.500 2.750 0.000 6.000 4/ 4
38 Latviya 1.375 0.750 1.625 2.250 0.000 6.000 4/ 4
39 İrlandiya 2.625 1.125 1.000 1.250 0.000 6.000 4/ 4
40 Finlandiya 1.750 1.250 0.875 1.625 0.000 5.500 4/ 4
41 Moldova 0.875 2.750 1.125 0.750 0.000 5.500 4/ 4
42 Bosniya və H. 0.500 1.375 2.000 1.500 0.000 5.375 4/ 4
43 Albaniya 0.875 2.625 1.000 0.750 0.000 5.250 4/ 4
44 Gürcüstan 1.125 0.125 1.625 2.250 0.000 5.125 4/ 4
45 Malta 1.250 1.375 1.500 0.750 0.000 4.875 4/ 4
46 Şimali İrlandiya 0.500 0.750 0.500 2.375 0.500 4.625 3/ 3
47 İslandiya 1.000 1.125 1.500 0.625 0.125 4.375 4/ 4
48 Kosovo 0.000 0.000 2.500 1.500 0.333 4.333 3/ 3
49 Cəbəllütariq 1.500 0.500 1.000 1.000 0.166 4.166 3/ 3
50 Monteneqro 0.875 1.125 0.375 1.000 0.375 3.750 4/ 4
51 Uels 1.000 0.500 1.000 1.000 0.000 3.500 4/ 4
52 Farer adaları 0.375 0.750 1.125 1.125 0.000 3.375 4/ 4
53 Estoniya 1.375 0.625 0.500 0.875 0.000 3.375 4/ 4
54 Andorra 0.166 0.166 0.833 1.500 0.166 2.831 2/ 3
55 San Marino 0.000 0.166 0.500 0.000 0.000 0.666 3/ 3