Azərbaycan klubu avrokuboklardan imtina etdibackend

“Azerreyl” voleybol klubu 2020/2021 mövsümündə Çağırış Kubokunda iştirak etməyəcək.

Sportfan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna dünyada cərəyan edən koronavirus pandemiyası səbəb olub.Oyunçuların sağlamlığını əsas götürən Bakı təmsilçisi Azərbaycan Voleybol Federasiyası (AVF) ilə məsləhətləşmədən sonra bu yöndə ortaq qərar qəbul edib