Azərbaycan kubokunun qalibi müəyyənləşdibackend

Bu gün Azərbaycan kubokunda 2020/21 mövsümünün final oyunu keçirilib.

Sportfan.az  xəbər verir ki, Bank Respublika Arena-da oynanılan həlledici matçda Keşlə və Sumqayıt üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn Bakı təmsilçisi tarixində ikinci dəfə bu titula sahib çıxıb. Komanda eyni zamanda Konfrans Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, Sumqayıt bu mövsüm Premyer Liqada bürünc medallara sahib çıxdığı üçün avrokuboklara vəsiqəni təmin etmişdi. Keşlə isə ölkə çempionatını 6-cı pillədə başa vumuşdu.

Keşlə – Sumqayıt – 2:1

Qollar: Miyusko Boyoviç, 3-avtoqol (0:1), Şəhriyar Əliyev, 37 (1:1), Miyusko Boyoviç, 57 (2:1)