Azərbaycan – Lüksemburq oyunu öncəsi mətbuat konfranslarının vaxtı bilindibackend

Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Sportfan.az xəbər verir ki, Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi sentyabrın 4-ü Olimpiya stadionunda jurnalistlərin suallarını cavablandıracaq.

4 sentyabr
Azərbaycan milli komandası

Saat 17:15. Mətbuat konfransı
Saat 17:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Lüksemburq milli komandası
Saat 18:00. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki mətbuat konfransı və məşq Bakı Olimpiya Stadionunda təşkil olunacaq.