Azərbaycan – Lüksemburq oyununun məkanı dəyişə bilərbackend

Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburqla ev matçının məkanı dəyişdirilə bilər.

Sportfan.az xəbər verir ki, bu iddia ilə Lüksemburqun “wort.lu” saytı çıxış edib.

Bildirilib ki, 15-20 avqustda UEFA-nın videokonfrans formatındakı iclasında Millət Liqası müzakirə olunacaq və yekun qərarlar veriləcək. Nəşrin yazdığına görə, Azərbaycana girişlə bağlı bəzi məhdudiyyətlər olduğundan, Azərbaycan – Lüksemburq qarşılaşması sentyabrın 5-də neytral meydanda baş tuta bilər.

Lüksemburq Futbol Federasiyasının (FLF) prezidenti Pol Filipp də açıqlamasında bunun müzakirə olunmasının vacibliyini vurğulayıb. O, pulu geri ala bilməyəcəkləri üçün hələlik çarter reysi sifariş etmək istəmədiklərini söyləyib: “UEFA milli assosiasiyalarla təmasdadır. Xarici İşlər Nazirliyi Lüksemburqda hansısa komandanı qəbul edə biləcəyimizə təminat verib”.

Qeyd edək ki, C Liqasının I turu çərçivəsində Azərbaycan – Lüksemburq oyunu Bakı Olimpiya Stadionunda keçirməlidir.