Azərbaycan millisi irəliləyəcək – FİFA reytinqindəbackend

Milli komandaların növbəti FİFA reytinqində qərarlaşacağı təxmini yerlər proqnozlaşdırılıb.

Sportfan.az xəbər verir ki, UEFA Millətlər Liqasının və CONMEBOL təmsilçilərinin sentyabrda baş tutacaq matçlarının nəticələri sıralamada öz əksini tapacaq.

Asiya təmsilçiləri gələn ay yoldaşlıq görüşlərində qüvvələrini sınayacaqlar ki, həmin oyunların reytinqə salınması gözlənilmir. Sentyabrın 17-də açıqlanacaq siyahıya ümumilikdə 61 matçın nəticəsinin əlavə olunması planlaşdırılır.

Gələn ay Millətlər Liqasının qrup mərhələsində Lüksemburq (5 sentyabr) və Kiprlə (8 sentyabr) qarşılaşacaq Azərbaycan yığmasının irəliləməsi ehtimal olunur. Son reytinqdə 1177 xalla 114-cü sırada qərarlaşan millimizin aktivinə 2 xal yazdırması və 113-cü yerə (1179 xalla) yüksəlməsi təxmin edilir.

Cədvəlin ilk üç pilləsində heç bir dəyişiklik olmayacaq. Belçika (1773), Fransa (1744) və Braziliya (1712) müvafiq olaraq ilk “3-lük”də məskunlaşacaq. Qonşu Türkiyə millisinin isə 2 pillə geriləməsi (31-ci yer, 1493 xal) gözlənilir.