Azərbaycan millisi məğlub oldubackend

Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün moldovalı həmyaşıdları ilə növbəti yoxlama oyununu keçirib.

Sportfan.az  xəbər verir ki, qarşılaşma Moldova millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, bu komandalar arasında iyunun 4-də keçirilən ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.

Yoxlama oyunu

Moldova – Azərbaycan 2:0

 

Vlas Aleksandru, 62. İlie Botnari, 85.