“Azərbaycan millisi tələbkar komandadır” – “Atalanta”nın futbolçusubackend

“Milliyə qayıtmaq xoşdur. Təəssüf ki, nəticə istədiyimiz kimi yaxşı olmadı”.

Sportfan.az xəbər verir ki, bu sözləri Sloveniya yığmasının futbolçusu Yosip İliçiç yerli “RTV” telekanalına açıqlamasında Azərbaycanla yoldaşlıq oyununu şərh edərkən deyib.

“Atalanta”nın hücumçusu qolsuz başa çatan görüş haqda bunları bildirib: “Sübut etdik ki, oynamağı bacarırıq. Ancaq Azərbaycan da tələbkar, futbol oynamağı bacaran komandadır.

Yığmamızda çox şey dəyişib. Ona görə milliyə qayıtdım ki, bu, mənim sonuncu şansımdır. Danışmaqdansa, daha çox çalışmalıyıq. Hər komandaya vaxt lazımdır”.