Azərbaycan Premyer Liqasında III tura start verilir- YENİLƏNİRbackend

Bu gün Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

Sportfan.az xəbər verir ki, turun ilk günündə iki qarşılaşma baş tutacaq.

“Qəbələ” öz meydanında “Keşlə”ni qonaq edəcək. Cari mövsüm qələbəsi olmayan əyalət təmsilçisi doğma meydanda ilki rəsmiləşdirməyə çalışacaq. Qol buraxmadan irəliləyən bakılılar liderlər qrupunda möhkəmlənmək üçün səfərdən itkisiz qayıtmalıdır.

İlk qələbəsini ötən tur qazanan “Sumqayıt” evdə “Səbail”lə görüşəcək. Məğlubiyyətləri sıralayan autsayder ilk xalını rəqib meydanında əldə etməyə ümidlidir. Sumqayıtlılar isə ardıcıl ikinci qələbəyə köklənib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Zirə” “Sabah”ı, “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası
III tur
19 sentyabr (şənbə)
17:00. “Qəbələ” – “Keşlə”

Qəbələ şəhər stadionu
19:15. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”