Azərbaycan Qran-prisində ikinci günə start verilirbackend

Bu gün “Formula” üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.

Sportfan.az xəbər verir ki, “Formula-2″də sprint yarışları, həmçinin “Formula-1″də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.

Azərbaycan Qran-prisi

5 iyun

“Formula-2”

 

Saat. 11:25-12:15 – Sprint yarışı

“Formula-1”

 

Saat. 13:00-14:00 – III sərbəst yürüş

“Formula-1”

 

Saat. 16:00-17:00 – Sıralama turu

“Formula-2”

 

Saat. 17:40-18:30 – Sprint yarışı

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq “Formula-2″də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da “Formula 1″də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.