Azərbaycanda bir komandada ən çox qol vuran futbolçularbackend

Azərbaycan çempionatında bir komandanın heyətində ən çox qol vuran futbolçuların adları açıqlanıb.

Sportfan.az PFL-in saytına istinadən xəbər verir ki, siyahıda 10 futbolçu yer alıb.

Birinci pillədə “Qarabağ”ın sabiq futbolçusu Müşfiq Hüseynovdur. Onun aktivində 109 qol var. “Neftçi”də 99 dəfə qapını dəqiq nişan alan Samir Ələkbərov 2-cidir. İlk 3-lüyü ölkə çempionatlarının ən yaxşı bombardiri Nazim Əliyevlə Alay Bəhramov qapayır. Onlar müvafiq olaraq Sumqayıt “Xəzər”i və “Viləş”də 93 dəfə fərqlənib.

İlk onluq-da “Neftçi” və “Kəpəz” daha çox – hərəyə üç futbolçu ilə təmsil olunub.

Azərbaycanda bir komandada ən çox qol vuran 10 futbolçu

1 Müşfiq Hüseynov “Qarabağ” 109
2 Samir Ələkbərov “Neftçi” 99
3-4 Alay Bəhramov “Viləş” 93
  Nazim Əliyev “Xəzər” 93
5 Fazil Pərvərov “Kəpəz” 80
6 Rövşən Əhmədov “Kəpəz” 75
7 Qurban Qurbanov “Neftçi” 66
8-9 Nadir Nəbiyev “Turan” 63
  İmamyar Süleymanov “Kəpəz” 63
10  Yunis Hüseynov “Neftçi” 58