“Azərbaycanda bu xoşbəxtliyi görmədim”- Rocer Roxasbackend

“Burada və ya başqa komandada uzun müddət oynamaq istəyirəm. Ölkəni və liqanı çox sevirəm. Amma karyeramı “Olimpiya”da bitirmək niyyətindəyəm. Onlara heç vaxt qapıları bağlamıram. Futbolda ailə də vacibdir, mən həmişə milyonçu yox, övladlarımı böyütmək üçün lazımi mənbələrə sahib olmaq istədiyimi söyləmişəm”.

Sportfan.az xəbər verir ki, bu fikirləri hazırda Kolumbiyanın “Deportes Tolima” klubunda çıxış edən “Sabah”ın sabiq futbolçusu Rocer Roxas “Futbolcentroamerica” nəşrinə açıqlamasında deyib.

30 yaşlı honduraslı hücumçu karyerası barədə danışıb. Roxas Azərbaycanda çıxış etdiyi dönəmi də xatırladıb: “Olimpiya”da hər şey qazandım. Amma ölkəmdən kənarda çempion ola bilmədim. Kosta Rikada çempion ola bilmədim. Səudiyyə Ərəbistanında və Azərbaycanda da bu xoşbəxtliyi görmədim. Amma ən böyük arzum “Deportes Tolima” ilə çempion olmaqdır”.