Azərbaycanda idman oyunlarına qoyulan qadağa uzadıldıbackend

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz və Salyan rayonlarında 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimində bəzi məhdudiyyətlər davam edəcək.

Sportfan.az xəbər verir ki, qərara əsasən bu müddətdə ölkəmizdə yenidən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi qadağan edilib.

Bu isə o deməkdir ki, Azərbaycan Premyer Liqasında 2020-2021 mövsümü AFFA-nın əvvəlcədən açıqladığı kimi, avqustun 21-də deyil, daha sonra start götürəcək.

Xatırladaq ki, iyunun 1-dən Azərbaycanda açıq havada keçirilən idman yarışlarının təşkilinə icazə verilsə də, daha sonra koronavirusa yoluxma sayının sürətlə artmasına görə yenidən qadağalar qoyulub.