Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi” keçirilibbackend

Azərbaycan Peşəkar Boks Federasiyasının icazəsi və nəzarəti ilə, ölkədə və xaricdə peşəkar boks döyüşlərinin keçirilməsi və Azərbaycan boksçularının beynəlxalq arenada tanıtımı ilə məşğul olan “Baku Fight Lab promouter” şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi” keçirilib.

“Boks Gecəsi”ndə ölkənin 16 peşəkar boksçusu çıxış edib. Döyüşlərdə peşəkar rinqdə təcrübəsi olan boksçularla yanaşı, həvəskar karyerasında nailiyyətləri olan və peşəkar rinqdə debüt edən idmançılar da iştirak edib. Döyüşlərin qaydalara uyğun keçirilməsi Azərbaycan Peşəkar Boks Federasiyası tərəfindən idarə edilib. Nəticələr Boxrec tərəfindən beynəlxalq boks statistikasında qeydə alınıb və bu qaliblərin karyerasında mühüm pilləyə çevriləcək.