Azərbaycandan təklif – “Parana”nın hücumçusunabackend

Braziliyanın “Parana” klubunun vingeri Rafael Alemao karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportfan.az xəbər verir ki, 24 yaşlı futbolçu hazırkı komandasını tərk etməyə hazırlaşır.

Bildirilir ki, adı açıqlanmayan Azərbaycan klubu futbolçu ilə danışıqlar aparır. Hətta Alemaonun bu keçidin reallaşması üçün “Parana” rəhbərliyi ilə görüşdüyü və müqaviləyə xitam verilməsinə çalışdığı vurğulanıb. Sağ cinah oyunçusu danışıqların davam etməsi səbəbindən B seriyasının son oyununa “Quarani” səfərinə aparılmayıb.

Qeyd edək ki, “Parana”nın yetirməsi olan Rafael Alemao hələlik yalnız bu klubda çıxış edib.