Azərbaycanın MMA üzrə qadın döyüşçüsü ABŞ şirkəti ilə müqavilə bağladı – FOTObackend

Azərbaycanın məğlubedilməz MMA üzrə qadın döyüşçüsü Gözəl Zutova ABŞ şirkəti ilə müqavilə bağlayıb.

Sportfan.az xəbər verir ki, milliyyətcə avar olan idmançımız Kaliforniya ştatında yerləşən “Praydlənd Menecment” menecer şirkəti ilə müqavilə bağlayıb.

Onun hansı turnirdə kiminlə və nə vaxt döyüşəcəyi daha sonra bilinəcək.

Gözəl Zutova sabiq güləşçi və cüdoçudur. O, qadın güləş millimizin tərkibində Bakıda keçirilmiş I Avropa Oyunlarında iştirak edib. Güləş üzrə Dünya Qran Prisinin qalibi olub, cüdo və güləşdə 12 dəfə Azərbaycan çempionu adını qazanıb.

O, yeddi dəfə peşəkar MMA yarışında iştirak edib və bütün görüşlərdə qələbə qazanıb. Gözəl Zutova sonuncu görüşünü yanvarın 19-da Bakıda Yusif döyüş çempionatı-7 (YFC) çərçivəsində keçirib. O, həmin gün özbəkistanlı Asena Rəcəbovanı ikinci raundda məğlub edib.