Azərbaycanın triatlonçusu 1-ci oldu- Ukraynadabackend

Azərbaycanın triatlonçusu Rostislav Pevtsov növbəti uğurunu qazanıb.

Triatlon Federasiyasından Sportfan.az saytına verilən məlumata görə, idmançı açıq Ukrayna çempionatının qalibi adına yiyələnib.

O, Olimpiya məsafəsi üzrə keçirilən yarışda bütün rəqiblərini qabaqlayıb və finiş xəttini birinci keçib.

Qeyd edək ki, Pevtsov bir neçə həftə öncə sprint üzrə açıq Ukrayna çempionatında ikinci olmuşdu.