Azərbaycanlı futbolçu qol vurdu- Əsgər salamı verdibackend

Gürcüstan yüksək liqasında 6-cı turun daha bir oyunu keçirilib.

Sportfan.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyi “Samtrediya” səfərdə “Merani” ilə qarşılaşıb və 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Qurbanov komandasının 2-ci qolunun müəllifi olub. 28 yaşlı yarımmüdafiəçi 54-cü dəqiqədə penaltidən fərqlənib. N.Qurbanov qol vurduqdan sonra Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərə görə şəhidlərin xatirəsinə ehtiram olaraq əsgər salamı verib.

Qeyd edək ki, bu, Nicatın bu mövsüm çempionatda vurduğu 3-cü qol olub.