Azərbaycanlı futbolçu yeni komondasında debüt etdi- VİDEObackend

Moldova çempionatında 2-ci turun oyunları keçirilir.

Sportfan.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Buyukani” ilə qarşılaşıb. Quluzadənin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Millimizin sabiq üzvü də bu görüşün iştirakçısı olub.

Amit 59-cu dəqiqədə meydana çıxmaqla həm yeni komandasında ilk rəsmi oyuna çıxıb, həm də Moldova çempionatında debüt edib. İki turdan sonra 2 xalı olan “Milsami” 10 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.