“Azərreyl”dən ayrılan voleybolçu- “Panatinaikos”dabackend

Qadınlardan ibarət “Azərreyl” klubunun sabiq voleybolçusu Romana Hudeçova özünə yeni komanda tapıb.

Sportfan.az xəbər verir ki, avrokuboklara qatılmaqdan imtina edən və legionerləri ilə yollarını ayırmağa qərar verən Bakı təmsilçisini tərk edən slovakiyalı karyerasına Yunanıstanda davam edəcək.

Romana bu ölkənin “Panatinaikos” klubuna keçib. O, Ellada təmsilçisi ilə bir mövsümlük müqavilə bağlayıb.

Qeyd edək ki, “Azərreyl”ə bu yay transfer olunan Hudeçova təmsilçimizin heyətində debüt imkanı qazanmayıb.