Aziz Yıldırım yenidən ifadə verəcək- danışılmış oyunlarla bağlıbackend

“Fənərbaxça”nın sabiq prezidenti Aziz Yıldırım yenidən məhkəməyə çağırılıb.

Sportfan.az xəbər verir ki, Türkiyədə danışılmış oyunlarla bağlı araşdırma çərçivəsində proseslər davam etdirilir.

Ali Məhkəmə çatışmazlıqların aradan qaldırılması üçün bu gün yenidən bir araya gəlib. Aziz Yıldırım da daxil olmaqla, bəraət verilən 36 şübhəli dindirilmək üçün məhkəməyə çağırılıb. İstanbul Ədalət Sarayındakı məhkəmədə həmçinin “Fənərbaxça”nın hazırkı prezidenti Ali Koç və İdarə Heyətinin bir neçə üzvü də iştirak edir.

Qeyd edək ki, danışılmış oyun və cinayətkar şəbəkə qurmaqda şübhəli bilinərək həbs olunan Aziz Yıldırıma 2015-ci il oktyabrın 10-da İstanbulun 13-cü Ağır Cəza Məhkəməsi bəraət verib.