Badri Kvaratsxeliya: “Oğlum Rusiyada qalmayacaq”backend
“Rubin”in futbolçusu Xviça Kvaratsxeliyanın atası Badri Kvaratsxeliya oğlunun bu yay Kazan klubundan ayrılacağını deyib.
 
sportfan.az xəbər verir ki, “Sportall” nəşrinə danışan ata Kvaratsxeliya “Sizi 100 faiz əmin edirəm ki, Xviça bu yay “Rubin”dən ayrılacaq. Hələlik hansı komandaya keçəcəyini deməyəcəyəm. O, bir çox klubla danışıqlar aparacaq. Oğlum istirahat edəcək və ondan sonra harada oynayacağına qərar verəcək. Gürcüləri inandırmaq istəyirəm ki, oğlum Rusiyada qalmayacaq”, – deyə bildirib.
Qeyd edək ki, xarici mətbuatda yer alan xəbərlərə görə, Gürcüstan millisinin 20 yaşlı üzvü “Yuventus”, “Milan” və “Bavariya”nın diqqət mərkəzindədir.
Xatırladaq ki, Xviça Kvaratsxeliyanın “Rubin”lə müqaviləsi 2024-cü ilə qədərdir. O, 2020/2021 mövsümündə “Rubin”in heyətində Rusiya Premyer Liqasında 23 oyunda 4 qol vurub.