“Bakıda daha rəqabətli yarışın şahidi olacağıq”backend

“İndi çox çalışmalıyıq. Çünki müntəzəm yollarda “Mercedes” məğlub edə biləcəyimiz rəqibdir. Bu, komandamız üçün əlavə stimul olmalıdır”.

Sportfan.az xəbər verir ki, bu fikirləri Avstriyanın “Red Bull” komandasının pilotu Maks Ferstappen “Formula 1” üzrə Azərbaycan Qran-prisi barədə danışarkən deyib.

Niderlandlı pilot bildirib ki, izləyiciləri Bakıda daha rəqabətli yarış gözləyir: “Burada sürətli olmağın özünəinamlə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə fərqli küçə trasıdır. Onu Monako Qran-prisi ilə müqayisə etmək olmaz. Bakıda daha rəqabətli yarışın şahidi olacağıq”.

Qeyd edək ki, Azərbaycan Qran-porisi 4 – 6 iyunda keçiriləcək. (report)