Bakıya gələcək heyət nə vaxt açıqlanır? – Lüksemburqdabackend

UEFA Millətlər Liqasında 2020/21 mövsümünün ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək Lüksemburq yığmasının avqustun 26-da mətbuat konfransı keçiriləcək.

Sportfan.az xəbər verir ki, həmin gün jurnalistlər önünə çıxacaq baş məşqçi Luk Holts Azərbaycan, həmçinin Monteneqro ilə oyunun heyətini açıqlayacaq.

51 yaşlı mütəxəssis konfrans zamanı rəsmi matçlara hazırlıqdan və qarşıya qoyulan hədəflərdən bəhs edəcək.

Qeyd edək ki, C liqasının 1-ci qrupunda yer alan millimiz sentyabrın 5-də Bakı Olimpiya Stadionunda məhz Lüksemburqla üz-üzə gələcək. Canni De Byazinin yetirmələri 3 gün sonra Kiprin qonağı olacaqsa, lüksemburqlular Monteneqronu qəbul edəcəklər.